Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edəcək


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edəcək.

Bununla bağlı dövlət qurumundan məlumat verilib.

Bildirilib ki, vətəndaş qəbulu dekabrın 5-i saat 11:00-da Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qəbulda Cəlilabad, Cəbrayıl və Biləsuvar rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}