Əsas Səhifə > SİYASƏT > Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edəcək

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edəcək


Dünən, 14:31


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edəcək.

Bununla bağlı dövlət qurumundan məlumat verilib.

Bildirilib ki, vətəndaş qəbulu dekabrın 5-i saat 11:00-da Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qəbulda Cəlilabad, Cəbrayıl və Biləsuvar rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Şəffaflıq.az


Geri qayıt