Qazaxıstanda terrorizmin təbliğində şübhəli bilinən altı nəfər həbs edilib
Qazaxıstanda terrorizm təbliğində şübhəli bilinən altı nəfər həbs edilib. Şəffaflıq.az-ın Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinə istinadən verdiyi məlumata görə, həbslər Almatı, Aktobe, Konayev və Şımkentdə həyata keçirilib. Komitənin məlumatına görə, saxlanılanlar destruktiv dini cərəyanların tərəfdarlarıdır. İstintaq hesab edir ki, onlar dini motivlərlə hücum və qətllərə çağırışlar edən materiallar yayır, həmçinin dünyəvi dövlət quruluşuna qarşı çıxıblar. Axtarışlar zamanı onlardan odlu və soyuq silahlar, həmçinin dini ədəbiyyat müsadirə edilib: "Bütün şübhəlilər həbs olunub".
Xəbəri paylaş
Facebook-da paylaş








