Misli Premyer Liqasında XII tura yekun vurulub.
Misli Premyer Liqasında XII tura yekun vurulub. Şəffaflıq.az xəbər verir ki, turun son matçında "Neftçi" evdə "İmişli" ilə qarşılaşıb. "Palms Sport Arena"da baş tutan görüşdə "İmişli" 3:2 hesablı qələbə qazanıb. "Neftçi"dən Vinsent Abubakar (11-ci dəqiqə, penalti), Emin Mahmudov (60-cı dəqiqə) fərqlənib. "İmişli"nin qollarını isə Ezekiel Morqan (13-cü dəqiqə), Dioqo Rollo (64-cü dəqiqə) və Edvin Banquera (85-ci dəqiqə) rəqib qapısından keçirib. Bu nəticədən sonra "Neftçi" 7-ci, "İmişli" isə 8-ci pillədə qərarlaşıb. Hər iki komandanın 15 xalı var. Qeyd edək ki, turun daha öncə keçirilən görüşlərində "Kəpəz" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:2), "Zirə" "Qəbələ"ni (1:0) məğlub edib. "Sabah" - "Şamaxı" (0:0), "Araz-Naxçıvan" - "Turan Tovuz" (1:1) görüşləri isə heç-heçə nəticələnib.
Facebook-da paylaş








