Misir və Rusiya sabah nüvə yanacağının alınması ilə bağlı müqavilə imzalayacaq
Misir və Rusiya sabah "Rosatom" tərəfindən Misirdə inşa edilən "Əd-Dabaa" Atom Elektrik Stansiyası (AES) üçün nüvə yanacağının alınmasına dair müqavilə imzalamağı planlaşdırır. Şəffaflıq.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin dəftərxanasından bildirilib. "Noyabrın 19-da tarixi hadisə baş verəcək - "Əd-Dabaa" AES-in birinci enerji blokunun reaktor korpusunun quraşdırılması, həmçinin nüvə yanacağının alınması ilə bağlı müqavilə imzalanacaq", - məlumatda qeyd edilib.
Xəbəri paylaş
Facebook-da paylaş








