Təhsil Nazirliyindən külli miqdarda qaz borcu ilə bağlı AÇIQLAMA
Təhsil Nazirliyi 15 təhsil müəssisəsinin qaz istehlakına görə yaranan 28 min borcla bağlı məsələyə münasibət bildirib.
Nazirlikdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyinin 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin təhsil müəssisələrinin qazdan istifadəyə görə borcu yoxdur:
“Belə ki, borcun 24, 6 min manatı 4 fevral, qalan 4,1 min manatı isə 20 fevral 2020-ci il tarixində ödənilib”.
Qeyd edək ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, Təhsil Nazirliyi 15 təhsil müəssisəsinin qaz istehlakına görə yaranan borcunu ödəyə bilmədiyi üçün məhkəmə verilib. “Azəriqaz” İstehsalat Birliyinin Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, nazirliyin 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə qarşı iddia qaldırması barədə məlumat yayılıb.
Şəffaflıq.az
Facebook-da paylaş