İsrail Norveç Baş nazirinin səfərinə icazə verməyib
Norveçin Baş naziri Yonas Qar Störenin İsrailə səfərinə icazə verilməyib. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Dagens Naeringsliv" nəşri mənbələrə istinadən bildirir. Siyasi səbəblərdən qaynaqlanan rədd cavabı səfərin planlaşdırıldığı oktyabr ayında verilib. Norveç hökumətində hesab edirlər ki, səfər Oslonun Beynəlxalq Cinayət Məhkəməsində iştirakı, Fələstini tanıması səbəbindən rədd edilib. Səbəblər arasında Neft Fondunun İsrail şirkətlərinə investisiyaları geri çəkməsi də var.
Xəbəri paylaş
Facebook-da paylaş








