9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş vebinar keçirilib.
9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş vebinar keçirilib. Soyqırımı Memorial Kompleksinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş vebinar keçirilmişdir. Şəffaflıq.az xəbər verir ki, Kompleksin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə keçirilən vebinarda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan müxtəlif qoruqlardan 30-dan çox əməkdaş iştirak edib. Tədbirdə çıxış edən Bakı Avrasiya Universitetinin Sosial və Siyasi Fənlər Kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Pərinaz Sadıqlı, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycanın qəhrəman ordusunun işğal altında olan torpaqlarını azad edərək, dünya tarixinə qızıl hərflərlə həkk olunan bir zəfər qazandığını bildirib. O, 9 Noyabr Dövlət Bayrağı Gününün, tarixi torpaqlarımızda böyük qürur və fərəh hissi ilə qeyd olunduğunu vurğulayıb. Daha sonra çıxış edən AMEA Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağının milli suverenliyin simvolu kimi, ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini bildirib.Sonda, mövzu ətrafında fikir mübadiləsi aparılıb.




Facebook-da paylaş








