Şuşada hərbçilərin Zəfər yürüşü başlayıb
Şuşada 8 Noyabr – Zəfər günü münasibətilə hərbçilərin Zəfər yürüşü keçirilir. "Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, şəhərin Bayraq Meydanından başlayan yürüş Qala divarlarına qədər davam edəcək. Hərbi orkestrin müşayiətil ilə keçirilən yürüşdə ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edirlər. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








