Əfqanıstanda 6,3 maqnitudada zəlzələ olub
Əfqanıstanın şimalında 6,3 maqnitudada zəlzələ olub. Bu barədə Şəffaflıq.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat verir. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:58-də (Bakı vaxtı ilə saat 00:28) Balx əyalətinin şimalındakı Məzari-Şərif şəhərindən 45 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib. Tələfat və ya dağıntı barədə məlumat verilmir.
Xəbəri paylaş
Facebook-da paylaş








