Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Əfqanıstanda 6,3 maqnitudada zəlzələ olub

Əfqanıstanda 6,3 maqnitudada zəlzələ olub


Dünən, 09:25


Əfqanıstanın şimalında 6,3 maqnitudada zəlzələ olub.

Bu barədə Şəffaflıq.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat verir.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:58-də (Bakı vaxtı ilə saat 00:28) Balx əyalətinin şimalındakı Məzari-Şərif şəhərindən 45 km cənub-şərqdə qeydə alınıb.

Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir.


Geri qayıt