AP: Tramp illik qaçqın qəbulu limitini 7 500-ə endirib
ABŞ Prezidenti Donald Tramp qaçqın qəbulu limitini 2025-ci ildəki 125 000-dən 2026-cı ildə 7 500-ə endirib. Şəffaflıq.az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, bu, Ağ Evin Federal Reyestrdə dərc etdiyi prezident memorandumunda öz əksini tapıb. Sənədlərə görə, 2026-cı maliyyə ilində ABŞ-yə 7500-ə qədər qaçqının qəbul edilməsi "humanitar mülahizələrə görə və ya milli maraqlara uyğun" hesab edilir. Kvotanın əsas hissəsinin Cənubi Afrikadan olanlara, eləcə də ölkələrində qanunsuz və ya ədalətsiz ayrı-seçkiliyin qurbanı kimi tanınan digər şəxslərə ayrılacağı bildirilir.
	
	
	
 	Xəbəri paylaş
	
			
        
 
         
 Facebook-da paylaş 
 
			








 
 