Əsas Səhifə > XARİCİ XƏBƏR > AP: Tramp illik qaçqın qəbulu limitini 7 500-ə endirib

AP: Tramp illik qaçqın qəbulu limitini 7 500-ə endirib


Dünən, 23:59


ABŞ Prezidenti Donald Tramp qaçqın qəbulu limitini 2025-ci ildəki 125 000-dən 2026-cı ildə 7 500-ə endirib.

Şəffaflıq.az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, bu, Ağ Evin Federal Reyestrdə dərc etdiyi prezident memorandumunda öz əksini tapıb.

Sənədlərə görə, 2026-cı maliyyə ilində ABŞ-yə 7500-ə qədər qaçqının qəbul edilməsi "humanitar mülahizələrə görə və ya milli maraqlara uyğun" hesab edilir.

Kvotanın əsas hissəsinin Cənubi Afrikadan olanlara, eləcə də ölkələrində qanunsuz və ya ədalətsiz ayrı-seçkiliyin qurbanı kimi tanınan digər şəxslərə ayrılacağı bildirilir.


Geri qayıt