Ağcabədi Olimpiya Mərkəzində 16.02.2020-ci il tarixdə 26 fevral Xocalı Soyqırımı Qurbanlarının Xatirəsinə həsr olunmuş Uşaq və Yeniyetmələr arasında Aran Taekvondo İdman Klubunun Açıq birinciliyi keçirilib. FOTOLAR
Ağcabədi Olimpiya Mərkəzində 16.02.2020-ci il tarixdə 26 fevral Xocalı Soyqırımı Qurbanlarının Xatirəsinə həsr olunmuş Uşaq və Yeniyetmələr arasında Aran Taekvondo İdman Klubunun Açıq birinciliyi keçirilib. Yarışda Ağcəbədi, Ağdam, Göyçay, Yevlax və Zərdab rayonlarının komandaları olmaqla cəmi 116 taekvondoçu iştirakçı edirdi.
Qeyd edirik ki, bu yarış 2012, 2011, 2010 və 2009-cu il təvəllüdlü idmançılar arasında təşkil olunmaqla 23 çəki kateqoriyasında aparılmışdır.
Sözügedən tədbirdə Fuad Nuriyev, Nicat Haqverdiyev, Tapdiq Əkbərov, Kazım Kazımov, Cəlil Abdullayev, Hafis Hacıyev, Zöhrab İsmayılov, Əli Əliyev, Xanım Osmanova, Ariz Məmmədov, Kənan Süleymanov, Fərid Müslumov və Aqil Babayev kimi tanınmış məşqçi müəllimlərin komandaları iştirak etdilər.
Tapdıq Əkbərov: Bu yarışın əsas məqsədi idmançılarımız arasında olan vətənpərvərlik hissini daha da yüksəltməkdir. Çox sağolsunlar Ağcabədi rayonunun İcra Başçısı, rayonun İdman kompleksi və İdman İdarəsinin rəhbərliyi ki, belə bir möhtəşəm yarışın həyata keçirilməsinə lazımi qaydada diqqət və qayğı göstərdilər.
Ağcabədi rayonu: Alxas Məmmədov
Şəffaflıq.az
Facebook-da paylaş