Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 27-də Bakı–Ağstafa, sentyabrın 28-də isə Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək. Bu barədə Şəffaflıq.az ADY-yə istinadən xəbər verir. Məlumata görə, eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfərlər təşkil olunur. Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz.
Xəbəri paylaş
Facebook-da paylaş
