Bakı–Ağstafa-Bakı xəttinə əlavə qatar reysləri təyin olunub
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 20-də Bakı–Ağstafa, sentyabrın 21-də isə Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək. Şəffaflıq.az bu bu barədə ADY-yə istinadən xəbər verir. Məlumata əsasən, sərnişinlər Bakı-Qazax-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilər. Hərəkət cədvəli və biletlərlə bağlı məlumatı (www.ady.az) rəsmi saytından, "ADY Mobile" tətbiqindən, dəmiryol kassalarından və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz.
Xəbəri paylaş
Facebook-da paylaş
