Səbinə Əliyeva Şəkidə vətəndaş qəbulu keçirəcək
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 23-də Şəki şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, qəbul Şəki "ASAN xidmət" mərkəzində saat 14:00-da (Ünvan: Şəki şəhəri, Zərifə Əliyeva küçəsi 104, Əlaqə nömrəsi: (02424) 4-01-33) keçiriləcək. Qəbula Şəki və Mingəçevir şəhərlərinin, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının sakinləri, eləcə də əcnəbi vətəndaşlar müraciət edə bilərlər.Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
