Əsas Səhifə > SİYASƏT > Səbinə Əliyeva Şəkidə vətəndaş qəbulu keçirəcək
Səbinə Əliyeva Şəkidə vətəndaş qəbulu keçirəcək22-09-2025, 15:21 |
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 23-də Şəki şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, qəbul Şəki "ASAN xidmət" mərkəzində saat 14:00-da (Ünvan: Şəki şəhəri, Zərifə Əliyeva küçəsi 104, Əlaqə nömrəsi: (02424) 4-01-33) keçiriləcək. Qəbula Şəki və Mingəçevir şəhərlərinin, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının sakinləri, eləcə də əcnəbi vətəndaşlar müraciət edə bilərlər. Şəffaflıq.az Geri qayıt |