Salyanda şəhidlərdən bəhs edən kitabın təqdimatı olub


44 günlük Vətən müharibəsində, antiterror əməliyyatlarında həlak olmuş salyanlı şəhidlər haqqında "Yaşamaq gözəldir, Vətən sağ olsun" kitabının təqdimat mərasimi keçirilib.

Şəffaflıq.az-ın məlumatına görə, mərasim şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub.

Müəllifi yazıçı-publisist Təyyar Nəsirli olan kitab 364 səhifədən ibarətdir.

Kitabda biri Aprel döyüşləri şəhid olmaqla Vətən müharibəsində və antiterror əməliyyatlarında canlarını qurban vermiş 70 şəhiddən bəhs edilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}