Əsas Səhifə > SİYASƏT > Salyanda şəhidlərdən bəhs edən kitabın təqdimatı olub
Salyanda şəhidlərdən bəhs edən kitabın təqdimatı olubBu gün, 16:22 |
44 günlük Vətən müharibəsində, antiterror əməliyyatlarında həlak olmuş salyanlı şəhidlər haqqında "Yaşamaq gözəldir, Vətən sağ olsun" kitabının təqdimat mərasimi keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, mərasim şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub. Müəllifi yazıçı-publisist Təyyar Nəsirli olan kitab 364 səhifədən ibarətdir. Kitabda biri Aprel döyüşləri şəhid olmaqla Vətən müharibəsində və antiterror əməliyyatlarında canlarını qurban vermiş 70 şəhiddən bəhs edilir. Geri qayıt |