Şamaxıda Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü qeyd edilib.-FOTO

18 sentyabr Milli Musiqi Günü münasibətilə Şamaxı rayon Mədəniyyət Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü münasibətilə tədbir keçirilib

Şəffaflıq.az xəbər verir ki, tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi v.m.i.e. Şəhriyar Soltan, Şamaxı rayon icra başçısının müavini Mehriban Eyubova,  YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbər işçiləri və əməkdaşları, rayon ictimaiyyəti iştirak edib.Öncə Üzeyir Hacıbəyliyə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin əl işləri nümayiş olunub.

Tədbirdə çıxış edən  Şamaxı icra başçısının müavini Mehriban Eyubova və Şamaxı İncəsənət Təhsili Mərkəzinin direktoru Yeganə Əsgərova Ü.Hacıbəylinin həyat və yaradıcılığı barədə  geniş danışıb.

Bəstəkarın əsərlərindən ibarət konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb

Aytac İsmayılova.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}