Lənkəranda kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Lənkəran şəhərində kanalizasiya sisteminin yaradılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Şəffaflıq.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Protean Construction" ASC-dir. Qalib şirkətə 38 milyon 559 min manat ödəniləcək. 
Xəbəri paylaş
Facebook-da paylaş








