Azərbaycan Ukrayna üçün daşıma kvotalarını artırıb
Azərbaycanla Bosniya və Herseqovina Ukraynaya beynəlxalq yük daşımaları üçün əlavə icazələr təqdim edib. Şəffaflıq.az xəbər verir ki, bunu Ukraynanın icmalar və ərazilərin inkişafı nazirinin müavini Sergey Derkaça feysbuk sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, Azərbaycan Ukraynaya üçüncü ölkələrə və üçüncü ölkələrdən yük daşımaları üçün 100 əlavə icazə verib ki, bu da baza kvotasının təxminən 20 % artımı deməkdir. Bosniya və Herseqovina ikitərəfli, tranzit və beynəlxalq daşımalar üçün 300 əlavə blank təqdim edib - bu, əvvəlki limitə nisbətən 100 % artım deməkdir. Nazir müavininin sözlərinə görə, yeni kvotalar Ukrayna şirkətlərinə daha çox reys həyata keçirməyə, dayanıqlı logistika marşrutları formalaşdırmağa və biznes istiqamətini genişləndirməyə imkan verəcək. S.Derkaça qeyd edib ki, icazə blankları ötürülmə mərhələsindədir və yaxın vaxtlarda "Ukrtransbezopasnost" şirkəti vasitəsilə daşıyıcılar üçün əlçatan olacaq.
Facebook-da paylaş
