
15 sentyabr – Bilik Günü münasibətilə Şamaxı Dövlət Regional Kollecində yeni dərs ilinin başlanğıcı münasibətilə rəsmi tədbir təşkil olundu. Tədbirdə kollecin pedaqoji heyəti, tələbələr və qonaqlar iştirak etdilər.
Şəffaflıq.az xəbər verir ki, əvvəlcə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi.


Daha sonra kollecin direktoru tədbiri açıq elan edərək müəllim və tələbələri salamladı, onlara yeni tədris ilində uğurlar arzuladı. Direktor öz çıxışında təhsilin gənclərin gələcək həyatında oynadığı mühüm roldan danışaraq, Bilik Gününün həm müəllimlər, həm də tələbələr üçün xüsusi bir gün olduğunu vurğuladı.
Tədbirdə Şəhid Ziyad Zərbəliyevin anası Pakizə xanım çıxış edərək gənclərə Vətənə sədaqət, vətənpərvərlik və elmə bağlılıq mövzularında dəyərli fikirlərini bölüşdü. Ardınca Şəhid Yunis Abbasovun həyat yoldaşı nitq söyləyərək tələbələrə təhsil yolunda uğurlar dilədi və şəhidlərin əmanəti olan bu torpaqlara sahib çıxmağın vacibliyini qeyd etdi.


Sonra “Şəffaflıq” Media Qrupunun rəhbəri Vahid İsmayılov söz alaraq təhsilin gənclərin inkişafında rolu, milli dəyərlərin qorunması və vətənpərvərlik mövzusunda fikirlərini iştirakçılarla paylaşdı.


Tədbirin sonunda tələbələrə yeni dərs ilində uğurlar arzulandı və onların elm, bilik və zəhmət yolu ilə böyük nailiyyətlər qazanacaqlarına inam ifadə olundu.
Bilik Günü münasibətilə bütün müəllim və tələbələrimizi təbrik edir, onlara uğurlu və səmərəli bir tədris ili arzulayırıq.
Aytac İsmayılova.
Facebook-da paylaş