Gəncədən Moskvaya uçan təyyarə məcburi eniş etdi

 

Sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alın.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Buta Airways"in yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş edib. Təyyarə Gəncə-Moskva marşrutu üzrə reysi yerinə yetirirdi.

Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}