Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı tədbirlər görüləcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı "maraqlı şeylər" öyrəndiyini bildirib və yaxın günlərdə bu məlumatların ictimaiyyətə açıqlanacağını deyib. Şəffaflıq.az-ın məlumatına görə, Tramp bu fikirləri Ağ Evdə çıxışı zamanı səsləndirib. ABŞ lideri həmçinin Moskva və Kiyevin atdığı addımları çox diqqətlə izlədiyini və tezliklə müəyyən tədbirlərin görüləcəyini vəd edib. Bununla belə, Tramp hansı konkret addımların atılacağını açıqlamayıb.
Xəbəri paylaş
Facebook-da paylaş
