Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsində irəliləyişə nail olunub


Finlandiya Prezidenti Aleksandr Stubb Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsində irəliləyişə nail olunduğunu bildirib.

Bu barədə Şəffaflıq.az Reuters" agentliyinə istinadən xəbər verir.

"Biz bu məsələdə irəliləyişə nail oluruq və ümid edirik ki, tezliklə həll yolu tapacağıq", - o deyib.

Finlandiya Prezidenti yaxın gələcəkdə Ukrayna və Rusiya arasında sülh sazişinin imzalanması və ya atəşkəsin əldə olunması ilə bağlı nikbin olmadığını söyləyib.

"Biz Birləşmiş Ştatlarla təhlükəsizlik tədbirlərini razılaşdırmalıyıq. Biz belə bir əməliyyatın necə görünə biləcəyinə dair konkret planlar hazırlayan müdafiə üzrə rəhbərlərimizlə birlikdə bu məsələlərə diqqət yetiririk", - o əlavə edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}