Ötən il Azərbaycanda ömürlük azadlıqdan məhrum edilənlərin sayı bilinib
2024-cü ildə Azərbaycanda 10 nəfər ömürlük azadlıqdan məhrum edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda hüquqpozmalar" adlı məcmuəsində qeyd edilib. Bu göstərici 2023-cü ildə 5 nəfər olub. Həmçinin, qeyd edilib ki, 2 ildən 5 ilə qədər 3770 nəfər, 5-10 ilə qədər 1921 nəfər, 10 ildən 20 ilə qədər isə 366 nəfər həbs edilib.
Xəbəri paylaş
Facebook-da paylaş
