Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb, 5 hərbçi xəsarət alıb, cinayət işi açılıb
Kəlbəcərdə hərbi qulluqçuların minaya düşməsi ilə bağlı cinayət işi açılıb. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, 5 hərbi qulluqçunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
