Əsas Səhifə > HƏRBİ > Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb, 5 hərbçi xəsarət alıb, cinayət işi açılıb

Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb, 5 hərbçi xəsarət alıb, cinayət işi açılıb


6-08-2025, 12:47


Kəlbəcərdə hərbi qulluqçuların minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, 5 hərbi qulluqçunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt