ABŞ-də təyyarə qəzası nəticəsində 4 nəfər ölüb
ABŞ-nin Arizona ştatının Çinl hava limanı yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. Bu barədə Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir. "Təxminən saat 12:40 (Bakı vaxtı ilə saat 23:40) radələrində Çinl hava limanı yaxınlığında kiçik təcili yardım təyyarəsi qəzaya uğrayıb və yanıb. Təyyarənin göyərtəsində dörd nəfər olub, heç biri yerli sakin deyil, onların öldüyü təsdiqlənib", - press-relizdə deyilir. Nəqliyyatda Milli Təhlükəsizlik Şurası və Federal Aviasiya Administrasiyasının əməkdaşları qəzanı araşdırmaq üçün hadisə yerindədir. Qəzanın səbəbi hələ açıqlanmır.
Xəbəri paylaş
Facebook-da paylaş
