Ukraynanın Bakıdakı səfirliyində Rusiyanın hücumunun qurbanlarının xatirəsinə başsağlığı kitabı açılıb


Ukraynanın Azərbaycandakı səfirliyində Rusiyanın cümə axşamına keçən gecə Kiyevə endirdiyi dron və raket zərbəsinin qurbanlarının xatirəsinə başsağlığı kitabı açılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Qusev sosial şəbəkə hesabında yazıb.

"31 nəfər həlak olub, 159 nəfər yaralanıb. Xilasetmə işləri davam edir", - səfir bildirib.

Qeyd edək ki, iyulun 31-nə keçən gecə Rusiya hərbçiləri Kiyevə dron və ballistik raket zərbələri endiriblər. Kiyevin Solomenski, Svyatoşinski, Şevçenkovski və Qoloseyevski rayonları daha çox zərər çəkib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}