Özbəkistanda müğənni əri tərəfindən öldürülüb


Özbəkistanın Səmərqənd vilayətində müğənni Zeboyi Jaxon əri tərəfindən öldürülüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Milliy” telekanalının Millar verilişində məlumat verilib.

Məlumata görə, faciə iyulun 26-da müğənninin əri uşaqları görməyə gələn zaman Taylak rayonunda baş verib. Tərəflər arasında mübahisə yaranıb, nəticədə qadın əri tərəfindən boğulub.

Qeyd olunub ki, Zeboyi Jaxon 3 uşaq anası olub. Respublika Baş Prokurorunun mətbuat katibi Xayot Şamsutdinovun sözlərinə görə, həmin şəxs saxlanılıb və ona qarşı cinayət işi açılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}