Azərbaycan XİN başçısının müavini İran səfiri ilə regional məsələləri müzakirə edib
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İranın ölkədəki səfiri Müctəba Dəmirçilu ilə görüşüb. Şəffaflıq.az İSNA-ya istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, regional və beynəlxalq proseslər müzakirə olunub. M.Dəmirçilu görüş zamanı İran-Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini bildirib. Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davam etdirilməsinin və münasibətlərin möhkəmləndirilməsinin zəruri olduğunu qeyd ediblər.
Xəbəri paylaş
Facebook-da paylaş
