Sentyabrda Peşəkar Mühasib Sertifikatı imtahanı elektron formada olacaq
Sentyabrda Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanı elektron formada olacaq. Şəffaflıq.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, daha sonra rezidentura, Azərbaycan dili və magistratura imtahanlarının da mərhələli şəkildə rəqəmsallaşdırılması nəzərdə tutulur.
Xəbəri paylaş
Facebook-da paylaş
