Putin uzunömürlülüyün SİRRİNİ AÇIQLADI

 

Şəffaflıq.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ictimaiyyət nümayəndələri ilə görüşündə yaradıcı və intellektual fəaliyyətlə uzun müddət məşğul olan insanların həyatının daha uzun olduğunu bildirib.

Putin deyib: “Mühazirə oxuyanların gəncliyinə gəlincə, genetika, beyin sahəsi mütəxəssisləri, digər darixtisaslı elm adamları  daha dəqiq bilərlər,  amma mənim təsəvvürümə görə, insan yaradıcılıq fəaliyyəti ilə nə qədər uzun müddət məşğul olursa, öz beynini bir o qədər çox məşq etdirir. Buna görə də, ömrü uzanır, həyat keyfiyyəti yaxşılaşır, cavan qalır”.

O qeyd edib ki, ali məktəb müəllimləri arasında uzunömürlülük statistikası, başqa peşələrlə müqayisədə ümumilikdə üstündür. Putin deyib: “Bu, təsadüf deyil, beyin işi ilə əlaqədardır”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}