DİM: Bu il magistraturaya qəbulda yüksək bal toplayanların sayında azalma var
Magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə - 16 fevral və 11 may tarixlərində keçirilib. İmtahanın hər iki cəhdi ilə bağlı ümumi statistik göstəriciləri və bəzi göstəricilərin ötən il keçirilən imtahanlarla müqayisəsinə aid məlumatları təqdim edirik. Nəzərinizə çatdırırıq ki, hazırki müqayisə şərti xarakter daşıyır və bakalavrlara ixtisaslaşma seçimi zamanı kömək məqsədilə təqdim olunur. İmtahanda iştirakçılara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test tapşırığı təqdim olunub. Bakalavrların xarici dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal 100 olub. 2025-ci ildə keçirilən imtahanlarda, ümumilikdə 26241 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 24858 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 1383 nəfər daha çox olub. Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 48-ə yaxın (median 47.58) olub. Ötən il isə bu göstərici 49 bala yaxın (median 48.55) idi. Bu il 90 va daha yuxarı bal toplayanların sayı 32 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 381 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 2019 nəfər olub. Ötən il analoji göstəricilər 44, 458 və 2106 nəfər idi. Aşağıdakı cədvəllərdə bakalavrların 2025 və 2024-cü illərdə keçirilən imtahanlarda topladıqları ballarla tanış ola bilərsiniz. Şəffaflıq.az Magistratura - 2025 Bakalavrların sayı: 26241 Bal Bakalavrların sayı 0 - 30 3147 30 - 35 2209 35 - 40 2868 40 - 45 3168 45 - 50 3345 50 - 55 3102 55 - 60 2636 60 - 65 2137 65 - 70 1610 70 - 75 1031 75 - 80 607 80 - 85 255 85 - 90 94 90 - 95 27 95 - 100 5 Magistratura - 2024 Bakalavrların sayı: 24858 Bal Bakalavrların 0 - 30 2301 30 - 35 1932 35 - 40 2613 40 - 45 3204 45 - 50 3351 50 - 55 3069 55 - 60 2707 60 - 65 2100 65 - 70 1475 70 - 75 1035 75 - 80 613 80 - 85 279 85 - 90 135 90 - 95 39 95 - 100 5
intervalları
(tezliklər)
intervalları
sayı
(tezliklər)
Facebook-da paylaş
