"Sabah"ın rəqibi yeni transferini açıqlayıb


"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan "Sele" klubu heyətinə yeni futbolçu qatıb.

Şəffaflıq.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sloveniya təmsilçisi yarımmüdafiəçi Andrey Kotniklə anlaşıb.

29 yaşlı oyunçunun müqaviləsinin müddəti 2025/2026 mövsümünün sonunadək nəzərdə tutulub. O, son olaraq Çində "Dalian Kun Siti"nin formasını geyinib.

Qeyd edək ki, "Sabah" və "Sele" arasında ilk oyun iyulun 10-da "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}