Əsas Səhifə > FUTBOL > "Sabah"ın rəqibi yeni transferini açıqlayıb
"Sabah"ın rəqibi yeni transferini açıqlayıb1-07-2025, 14:22 |
"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan "Sele" klubu heyətinə yeni futbolçu qatıb. Şəffaflıq.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sloveniya təmsilçisi yarımmüdafiəçi Andrey Kotniklə anlaşıb. 29 yaşlı oyunçunun müqaviləsinin müddəti 2025/2026 mövsümünün sonunadək nəzərdə tutulub. O, son olaraq Çində "Dalian Kun Siti"nin formasını geyinib. Qeyd edək ki, "Sabah" və "Sele" arasında ilk oyun iyulun 10-da "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Geri qayıt |