Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək
Mədəniyyət naziri Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək. Nazirlikdən "Report"a verilən xəbərə görə, qəbul iyulun 11-i saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində olacaq. Həmin tarixdə Lənkəran şəhəri, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək. Vətəndaşlar iyulun 7-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
Xəbəri paylaş
Facebook-da paylaş
