İƏT-in İstanbul toplantısı – Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına çağırış - ŞƏRH
Yaxın Şərqdə gərginliyin artdığı bir zamanda iyunun 21-22-də Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçirilib. Sessiya “İslam Əməkdaşlıq Təşkilatı Dəyişən Dünyada” mövzusuna həsr olunub. İran-İsrail müharibəsinin yaratdığı kritik dövrdə keçirilən toplantıda 40-dan çox ölkənin xarici işlər naziri İstanbula səfər edib. Bildirilib ki, iclasa İƏT-ə üzv olan 57 ölkədən, eləcə də müşahidəçi ölkələrdən və digər beynəlxalq təşkilatlardan minə yaxın təmsilçi qatılıb. Azərbaycan bu təşkilatın fəal üzvlərindəndir. Təşkilat islam dünyasını narahat edən məsələləri daim gündəliyə gətirir. Məsələn, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov şuranın toplantısı çərçivəsində Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında çıxış edib. O, bu problemin tezliklə nizamlanmasına çağırıb. Azərbaycanlı nazir Cənubi Asiyada ümumi sabitlik və təhlükəsizliyin təmin olunması baxımından bu münaqişənin nizamlanmasının əhəmiyyətini qeyd edib. O, son dövrlərdə regionda yaşanmış gərginliyi Azərbaycanın narahatlıqla izlədiyini ifadə edib. Rəsmi Bakı Yaxın Şərqdəki gərginliklə bağlı da obyektiv mövqe göstərib.
Facebook-da paylaş
