“Mançester Siti” klublararası dünya çempionatının pley-off mərhələsinə yüksəlib
“Mançester Siti” klublararası dünya çempionatının II turunda BƏƏ-nin “Əl-Əyn” klubunu 6:0 hesabı ilə darmadağın edib. Şəffaflıq.az-ın məlumatına görə, qarşılaşma Atlantada baş tutub. Qolları İlkay Gündoğan (8, 73), Klaudio Eçeverri (27), Erlinq Haaland (45+5-p.), Oskar Bobb (84), Rayan Çerki (89) vurub. “Mançester Siti” və “Əl-Əyn” G qrupunda mübarizə aparır. İngiltərə komandası qrup mərhələsində ikinci qələbəsini qazanaraq 6 xala pley-offa vəsiqəni təmin edib. Eyni xala iyunun 26-da pley-off mərhələsində “Mançester Siti” ilə oynayacaq İtaliya “Yuventus”u da malikdir. “Əl-Əyn” son turda Mərakeşin “Vidad” klubu ilə qarşılaşacaq. İki turdan sonra komandaların xalları yoxdur. Oyun gününün digər duelində Avstriya təmsilçisi “Zaltsburq” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə heç-heçə edib - 0:0.
Facebook-da paylaş
