AzTV auditor seçib
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AzTV) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. Şəffaflıq.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Grovv Audit And Consulting" QSC-dir. Qalib şirkətə 23,6 min manat ödəniləcək. Xatırladaq ki, ötən il bu sorğunun qalibi "Azəruçot" MMC olub. Şirkətə 14,8 min manat ödənilib.
Xəbəri paylaş
Facebook-da paylaş
