KOBİA auditor seçib
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafi Agentliyi (KOBİA) 2024-cü il üzrə illik maliyyə hesabatının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. Şəffaflıq.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "NR Proaudit" MMC-dir. Qalib şirkətə 5 min manat ödəniləcək. KOBİA-nın 2023-cü il üzrə illik maliyyə hesabatının auditini “SR Audit Solitions" MMC aparıb. Bunun üçün şirkətə 15 min manat ödənilib.
Xəbəri paylaş
Facebook-da paylaş
