Azərbaycan Cənub-Şərqi Anadoludan dənli və paxlalı bitkilərin idxalına çəkdiyi xərci 42 % artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 8,351 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları idxal edib. Şəffaflıq.az bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 42,1 % çoxdur. Hesabat dövründə bölgədən ümumilikdə xarici ölkələrə 1 milyard 499,166 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 7,9 % çoxdur. 5 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük (686,167 milyon ABŞ dolları məbləğində) dənli və paxlalı bitki məhsullarının ixracı Yaxın Şərq ölkələrinə həyata keçirilib. Bu, 1 il əvvələ nisbətən 4,2 % azdır. Onları Afrika ölkələri (464,305 milyon ABŞ dolları) və Amerika ölkələri (193,495 milyon ABŞ dolları) izləyib. Bunlar isə illik müqayisədə müvafiq olaraq 38,6 % çox və 5,2 % azdır.
Facebook-da paylaş
