Brüsseldə Azərbaycan-Aİ Enerji Dialoqunun növbəti raundu keçirilib
Bu gün Brüsseldə Azərbaycan-Aİ Enerji Dialoqunun üçüncü raundu keçirilib. “Report”un Avropa bürosunun məlumatına görə, Azərbaycan nümayəndə heyətinə energetika naziri Pərviz Şahbazov, Aİ-yə isə enerji məsələləri üzrə Avropa komissarı Dan Yorgensen rəhbərlik edib. Qeyd edək ki, görüşdə Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın nəticələri və gələcək inkişaf, təmiz enerjiyə keçid məsələləri, o cümlədən bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və metan emissiyaları sahəsində siyasət müzakirə olunub.
Xəbəri paylaş
Facebook-da paylaş
