Əsas Səhifə > SİYASƏT > Brüsseldə Azərbaycan-Aİ Enerji Dialoqunun növbəti raundu keçirilib

Brüsseldə Azərbaycan-Aİ Enerji Dialoqunun növbəti raundu keçirilib


13-06-2025, 14:42


Bu gün Brüsseldə Azərbaycan-Aİ Enerji Dialoqunun üçüncü raundu keçirilib.

“Report”un Avropa bürosunun məlumatına görə, Azərbaycan nümayəndə heyətinə energetika naziri Pərviz Şahbazov, Aİ-yə isə enerji məsələləri üzrə Avropa komissarı Dan Yorgensen rəhbərlik edib.

Qeyd edək ki, görüşdə Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın nəticələri və gələcək inkişaf, təmiz enerjiyə keçid məsələləri, o cümlədən bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və metan emissiyaları sahəsində siyasət müzakirə olunub.


Geri qayıt