Zelenski: Rusiya Odessanı tutmaqla Moldova və Rumıniya ilə sərhədə çatmaq istəyir


Rusiya Ukraynadan Odessanı almaqla, Rumıniya və Moldova ilə sərhədə çatmağı planlaşdırır.

Şəffaflıq.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Odessada keçirilən “Ukrayna - Cənub-Şərqi Avropa” sammiti zamanı deyib.

Ukrayna dövlət başçısı vurğulayıb ki, Odessa Rusiya üçün hədəfdir.

"Rusiya işğal etdiyi ərazilərdəki saysız-hesabsız şəhər və kəndlərdə olduğu kimi, onu da məhv etmək istəyir. Onun hərbi planları bu bölgəni - Odessanı, daha sonra isə Moldova və Rumıniya ilə sərhədi göstərir", - Zelenski əlavə edib.

Bundan əvvəl Prezident Ofisi rəhbərinin müavini Pavlo Palisa vurğulayıb ki, Rusiya Ukraynanı Qara dənizdən ayırmaq üçün Odessa və Nikolayevi ələ keçirmək istəyir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}