Avstriya məktəblərindən birində atışma olub, 11 nəfər ölüb -

Avstriyada məktəbdə baş verən atışmadan sonra 30-a yaxın insan xəstəxanalara yerləşdirilib.

"Şəffaflıq.az" xəbər verir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.

"Hazırda 28 yaralı xəstəxanalardadır. Onlardan ən azı dördünün vəziyyəti son dərəcə ağırdır", - məlumatda bildirilib.

14:49

Avstriyanın Qrats şəhərindəki məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı ilkin məlumatlara görə 11 nəfərə çatıb.

"Şəffaflıq.az" xəbər verir ki, bu barədə “AUF1” portalı yazıb.

13:34

Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışma nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.

Şübhəli şəxs ölü vəziyyətdə tapılıb.

13:04

Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışma nəticəsində beş nəfər həlak olub.

"Şəffaflıq.az"-ın məlumatına görə, bu barədə "Kronen Zeitung" qəzeti yazıb.

Hücum edən şəxs zərərsizləşdirilib.

Bildirilib ki, əməliyyatda bir neçə polis bölməsi və “Cobra” xüsusi təyinatlı dəstəsi iştirak edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}