Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Avstriya məktəblərindən birində atışma olub, 11 nəfər ölüb -
Avstriya məktəblərindən birində atışma olub, 11 nəfər ölüb -10-06-2025, 14:55 |
Avstriyada məktəbdə baş verən atışmadan sonra 30-a yaxın insan xəstəxanalara yerləşdirilib. "Şəffaflıq.az" xəbər verir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb. "Hazırda 28 yaralı xəstəxanalardadır. Onlardan ən azı dördünün vəziyyəti son dərəcə ağırdır", - məlumatda bildirilib. 14:49 Avstriyanın Qrats şəhərindəki məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı ilkin məlumatlara görə 11 nəfərə çatıb. "Şəffaflıq.az" xəbər verir ki, bu barədə “AUF1” portalı yazıb. 13:34 Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışma nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb. Şübhəli şəxs ölü vəziyyətdə tapılıb. 13:04 Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışma nəticəsində beş nəfər həlak olub. "Şəffaflıq.az"-ın məlumatına görə, bu barədə "Kronen Zeitung" qəzeti yazıb. Hücum edən şəxs zərərsizləşdirilib. Bildirilib ki, əməliyyatda bir neçə polis bölməsi və “Cobra” xüsusi təyinatlı dəstəsi iştirak edib. Geri qayıt |